ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE

MOBİL VERSİYA

ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE

400 20.03.2025 22:02 A A
ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.

“Bunun bütün strukturları, hətta ümumiyyətlə, Minsk Konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”, – deyə o qeyd edib.

O vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:

“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yer üzündəki vəziyyət kəskin şəkildə dəyişib.

Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi və bu çoxdan olan mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?”.\\“Report”

  • Related Posts

    Paşinyan: “Minsk qrupunun strukturlarının buraxılması bəyanatını imzalamaq mümkündür”

    Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir. Yenicag.az xəbər verir ki, bu barədə o,…

    İrəvanın ən böyük qorxusu – Məsələ Zəngəzur deyil, bu ərazidir!

    “Ermənistan bütün öhdəliklərdə olduğu kimi, delimitasiya prosesində də manipulyasiya siyasətinə üstünlük verir”. Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib. O bildirib ki, rəsmi İrəvanın iddialarının əksinə, danışıqlar prosesində müəyyən durğunluq…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik