Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır?

Ötən il Azərbaycan xarici ölkələrdən 4 milyon 547 min dollar dəyərində 3 min 170 ton qabıqlı qoz, 19 milyon 241 min dollar dəyərində 4 min 132 ton qabığı təmizlənmiş (ləpə) qoz idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 45 qəpik (1,4 dollar), qoz ləpəsinin 1 kiloqramının gömrük dəyəri 7 manat 90 qəpik (4,65 dollar) olub.
Azərbaycan qabıqlı qozu aşağıdakı ölkələrdən idxal edib:
Ukrayna – 2 min 370,3 ton (1 kq.-ın gömrük dəyəri 2,2 manat)
Rusiya – 300 ton (2,2 manat)
Özbəkistan – 203,5 ton (3,1 manat)
ABŞ – 74 ton (4,2 manat)
Qırğızıstan – 73 ton (1,87 manat)
Çin – 47 ton (3,2 manat)
Argentina – 40 ton (5,4 manat)
Çili – 40 ton (6,1 manat)
Gürcüstan – 22 ton (6,3 manat)
Azərbaycan qoz ləpəsini aşağıdakı ölkələrdən idxal edib:
Ukrayna – 1 919 ton (1 kq.-ın gömrük dəyəri 7,9 manat)
Özbəkistan – 1 420 ton (8 manat)
Qırğızıstan – 659,8 ton (7,4 manat)
Çin – 79 ton (9,3 manat)
ABŞ – 48 ton (10,2 manat)
Çili – 3,1 ton (7,2 manat)
Argentina – 2 ton (13 manat)
Gürcüstan – 1 ton (15,4 manat)
  • Related Posts

    Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi

    15.8 manatlıq alışverişin çekini müştəriyə verməkdən imtina edən mağazanın sahibi 1000 manat cərimə edilib. Vergi müfəttişi mağazaya daxil olandan sonra alış zamanı onlara kassa çeki təqdim olunmayıb. Ona RKP deyilən…

    Azərbaycanın dövlət borcu AÇIQLANDI

    Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6 %-i qədər olub. Tribunainfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik