Azərbaycanda bu universitet ləğv edildi

Bakı Asiya Universiteti hüquqi şəxs kimi ləğv olunduğunu elan edilib.

“Unikal” xəbər verir ki, bu barədə “Vergilər” qəzetində elan dərc edilib.

Kreditorlardan iki ay ərzində tələblərini bildirmələri istənilib.

Qeyd edək ki, Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

  • Related Posts

    İş yerini dəyişmək istəyən müəllimlərə şad xəbər

    Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb. Bu barədə Uluyol.info -ya İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki…

    Keçid balı ən az olan İXTİSASLAR – SİYAHI

    2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları ictimaiyyətə açıqlanıb. Uluyol.info xəbər verir ki, Modern.az IV ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik