Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək

Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşrə hazırlanır

2025-2026-cı illərdə yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşr ediləcək.

Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərov APA-ya müsahibəsində deyib.

Tezlik sistemi ilə yenilənmiş lüğət tərtib ediləcək

Alim qeyd edib ki, 2025-2026-cı illərdə Dilçilik İnstitutunda yeni hazırlanacaq Orfoqrafiya və Orfoepiya lüğətləri tezlik sistemi ilə işlənilir:

“Yəni, mətbuatda, kitablarda və mediada ən çox işlənmiş sözlər seçilib analiz ediləcək. Tezliyi daha yüksək olan sözlər lüğətlərə daxil ediləcək. Yeni lüğətlər hazırkı lüğətlərdən daha zəngin və dəqiq olacaq.

Beş yüz milyondan artıq söz bazası yığılıb

Məndə olan məlumata əsasən, yeni lüğət üçün beş yüz milyondan artıq söz bazası yığılıb. Bu sözlər təkrar işlənəcək, ələnib seçiləcək”.

Son 20-30 illik media və mətbuat materialları araşdırılıb

O qeyd edib ki, media və mətbuatdan son 20-30 illik materiallar götürülüb, bu materiallardan ən çox işlədilmiş, yəni tezliyi yüksək olan sözlər seçilib:

“Daxil edilən sözlərin hər birinin götürüldüyü mənbələr də lüğətlərdə öz əksini tapacaq.

Transliterasiya lüğətləri üzərində işlər davam edir

Eyni zamanda, Dilçilik İnstitutunda ingilis, ərəb, fars və bir çox dillər üçün yeni transliterasiya lüğətlərimiz hazırlanır. Bu, bir qədər uzun sürən prosesdir, amma artıq işlər başlanılıb, sistem qurulur”.

  • Related Posts

    Hikmətin ifadəsi, ifadənin hikməti… – Zaur Əhməd yazır

    İnsanları bir-birinə yaxınlaşdıran, qohum, dost, yoldaş edən bağlar olur. Amma elə bağ var ki, heç bir əlaqən olmadan yad biri ilə könül bağın olur…. 11 yaşımdan bəri harada bir şəhid…

    Əvəz Zeynallı azadlıqda

    “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı səhhətinə görə həbsdən azad edilib. Bu haqda onun xanımı Məlahət Zeynallı məlumat yayıb. *** “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallının…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik