Bu hərbi hissədə nöqsanlar aşkarlandı

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.

Bu barədə Musavat.com-a Ombudsman Aparatı məlumat verib.

Qeyd olunub ki, başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

Başçəkmə zamanı həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

  • Related Posts

    Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI

    “Microsoft”un həmtəsisçisi Bill Qeyts hesab edir ki, insanların gələcək nəsilləri dörd mühüm problemi həll etməlidirlər. Onun fikrincə, onların qlobal əhəmiyyəti var. Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd olunur ki,…

    Türkiyədə həkimlər tətil elan etdilər

    Türkiyədə həkimlər tətil elan edəcəklər. Yenicag.az xəbər verir ki, bu barədə Türk Təbiblər Birliyi (TBB) qərar qəbul edib. TBB mövcud səhiyyə sisteminə öz etirazlarını bildirmək üçün həkimləri martın 14-də tətil…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik