Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir – Həkimdən xəbərdarlıq

Bir saatlıq qəlyan istifadəsi 100-dən çox siqaret çəkmək qədər zərərli ola bilər.

Milli.Az xəbər verir ki, həkim Suraj Kukadia qəlyanın siqaretdən daha az zərərli olduğu mifini tamamilə məhv edərək bu vərdişin ciddi sağlamlıq problemlərinə səbəb olduğunu açıqlayıb. Həkimin sözlərinə görə qəlyan çəkmək də siqaret kimi ürək xəstəlikləri, insult, xərçəng və görmə itkisi risklərini artırır.

British Heart Foundation (BHF) isə xəbərdarlıq edir ki, bir qəlyan seansı 100-dən çox siqaretin yaratdığı ziyanla eyni təsirə malikdir və bu, ürək xəstəlikləri, ağciyər problemləri və qan dövranı pozğunluqlarının riskini artırır. Qəlyan tüstüsündə nikotin, karbonmonoksid, qatran və arsenik kimi maddələr var ki, bu da damarları tıxayaraq infarkt və insult riskini yüksəldir.

BHF tütünsüz qəlyanların da zərərli olduğunu açıqlayaraq bununla da toksinlərin yayıldığını və təhlükələrin azalmadığını bildirir. Qəlyan tüstüsünün passiv təsiri isə daha da qorxuncdur. NHS, qəlyan tüstüsünün otaqda 5 saata qədər qalacağını və siqaret tüstüsündə olduğu kimi, bu tüstünün xərçəngə səbəb olan kimyəvi maddələr və zəhərli karbonmonoksid ehtiva etdiyini qeyd edir.

İsmayıl, milli.az

  • Related Posts

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi

    Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur. Məişət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik