Çində süni intellekt sahəsində bir neçə aparıcı alim gözlənilmədən ölüb

Honq Konqun “South China Morning Post” nəşrinin məlumatına görə, son illər ərzində Çində süni intellekt sahəsinin inkişafı ilə məşğul olan bir neçə tanınmış alim gözlənilmədən dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu ölümlər tədqiqatçıların şəxsi təhlükəsizliyi və onların məruz qaldığı yüksək stress səviyyəsi ilə bağlı narahatlıqlara səbəb olub. Qeyd olunur ki, bu narahatlıqlar xüsusilə ABŞ və Çin arasında texnoloji rəqabətin artdığı bir dövrdə daha da aktuallaşır.

Nəşr xatırladır ki, məsələn, 2022-ci ilin iyununda “Megvii Technologies” şirkətinin aparıcı alimi və maşın görmə texnologiyaları üzrə tanınmış ekspert Sün Cian vəfat edib. O, dünyada böyük nüfuz qazanmışdı və “MIT Technology Review” tərəfindən ən yaxşı gənc alimlər siyahısına daxil edilmişdi. 45 yaşlı alimin ölüm səbəbi açıqlanmayıb, yalnız “qəfil xəstəlik” nəticəsində vəfat etdiyi bildirilib.

Bir il sonra isə Çin Xalq Azadlıq Ordusuna bağlı Pekin Milli Müdafiə Texnologiyaları Universitetinin süni intellektin hərbi tətbiqləri sahəsində çalışan dosenti Fen Yanxe vəfat edib. O, cəmi 38 yaşında idi və ölüm səbəbi ümumiyyətlə açıqlanmayıb.

Eyni il böyük texnoloji şirkət olan “SenseTimein”in təsisçisi və Honq Konqdakı Çin Universitetinin professoru Tan Syaou da gözlənilmədən vəfat edib. O zaman 55 yaşında olan alimin hansı xəstəlikdən öldüyü barədə məlumat verilməyib.

Bundan bir il sonra 41 yaşlı “Yidu Tech” şirkətinin həmtəsisçisi və innovasiyalar üzrə baş direktoru Xe Çji də qəfil dünyasını dəyişib.

2025-ci ildə isə Cənubi Çin Texnologiya Universitetinin Kompüter Elmləri Məktəbinin dosenti, maşın görmə sahəsində ekspert Çüan Yüxhueyin ölümü barədə məlumat yayılıb. Onun ölüm səbəbi də ictimaiyyətə açıqlanmayıb.

“South China Morning Post” yazır ki, bu ardıcıl və izah olunmamış ölümlər texnologiya sektorunda çalışan mütəxəssislər üçün artan təzyiqlər və potensial risklərə dair suallar doğurur.

Aydın, qaynarinfo.az

  • Related Posts

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi

    Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur. Məişət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik