Əlikram Xurşidov azadlıqda

Müsavat fəalı Əlikram Xurşidov yanvarın 29-na keçən  gecə ona təyin olunan 10 sutkalıq həbs müddəti başa çatdığı üçün  sərbəst buraxılıb. Partiyadan verilən məlumata görə, onun mobil telefonu hələ polisdədir.

***

Əlikram Xurşidovun vəkili ilə görüşməsinə imkan verilməyib

Yanvarın 28-də vəkil Nemət Kərimlinin Şirvan şəhərində həbsdə olan Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidovla görüşməsinə imkan verilməyib. 

Bu haqda “Basta”ya  məlumat verən vəkil bildirib ki, polis idarəsində bunu hansısa yoxlama ilə əlaqələndiriblər.

Görüşə icazə verilməməsinin səbəbi Əlikram Xurşidova işgəncə verilməsilə bağlı ola bilərmi? Bu suala cavab verən Nemət Kərimli qeyd edib ki, Şirvanda bu və ya digər bəhanə ilə vəkilin məhbusla görüşməsinə bir qayda olaraq  imkan verilmir.

Qeyd edək ki, Əlikram Xurşidov yanvarın 19-na keçən gecə xüsusi zorakılıqla evindən polisə aparılıb. Həmin gün o, Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbsə məhkum edilib.

Müsavat Partiyası Əlikram Xurşidovun həbsini, onun sosial şəbəkədə hakimiyyəti sərt tənqid etməsi ilə əlaqələndirib və qanunsuz olduğunu bəyan edib.

  • Related Posts

    Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

    Ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Musavat.com-un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov xatırladıb…

    Azərbaycan elminə AĞIR İTKİ

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının professoru Sofya Fiqarova vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib. Sofya Fiqarova 1949-cu ildə Bakı…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik