Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

Ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Musavat.com-un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov xatırladıb ki, son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb.

Onun sözlərinə görə, 2012-ci il fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib:

“Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib”.

Xidmət rəisi qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub:

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5,5, 2017-ci ildə 3,4, 2023-cü ildə 3,1, 2024-cü ildə 2,8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik