FETÖ-nün dönər şəbəkəsi İFŞA OLUNDU – Bakıdakı filialları da ortaya çıxdı

Türkiyədə “Maydonoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Yenicag.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı “Maydonoz Döner” şəbəkəsinin filialları vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələrini həyata keçirərək FETÖ terror təşkilatına xidmət göstərdiyi müəyyən edilib.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatda saxlanılan şübhəlilərin bu restoranlar şəbəkəsi vasitəsilə terror təşkilatına pul köçürdüklərinin aşkarlandığını açıqlayıb.

O sosial şəbəkə hesabında əməliyyatın görüntülərini də paylaşıb.

Belə ki, “Maydonoz Döner” terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Məlum olub ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilata etimada əsaslanan model tətbiq edilib.

“Şirkətin xaricdə yeni filiallar açaraq genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrə şərait yaratdığı müəyyən edilib və prokurorlar tərəfindən onlar barəsində araşdırma başlayıb”, – deyə A. Yerlikaya bildirib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Bakıda Həsən Əliyev küçəsində yerləşən “Maydonoz Döner” restoranının fotosu

Zahid Xəlilov 23 ünvanında yerləşən “Maydonoz Döner” restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən “Maydonoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.

  • Related Posts

    Məzahir Pənahovun daha bir dairə sədrinin milyonluq obyekti: QƏDİR KƏRİMOV KİMDİR?

    Bu günlərdə MSK sədri Məzahir Pənahovun ətrafında qalmaqal səngimək bilmir. Belə ki, Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Daha sonra məlumat yayıldı ki, Məhəmməd…

    Məzahir Pənahovun oğlu məişət zorakılığında ittiham edildi

    Hər zaman seçki saxtakarlığı mövzusu ilə gündəmə gələn MSK sədri Məzahir Pənahovun başı yenə qaldadır. Bu dəfə onun oğlu Məhəmməd Pənahov öz həyat yoldaşını dəfələrlə vəhşicəsinə döyməkdə ittiham olunur. Məişət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik