FHN 205 minlik tenderi simsar şirkətə verdi: “Qafqaznet” kimə məxsusdur?

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu yeni tender keçirib. Tribunainfo.az xəbər verir ki, nazirlik FHN İdman-sağlamlıq klubunda voleybol meydançası üçün Video Challange sisteminin satınalınmasını həyata keçirəcək.

FHN bununla əlaqədar “QAFQAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb. Layihənin həyata keçirilməsinə isə 205.375,46 manat xərcləyəcək.

Qeyd edək ki, FHN-lə “Qaqaznet” arasında bu, ilk sövdələşmə deyil. Bundan əvvəl də nazirlik bir neçə iri tenderlərini bu şirkətə həvalə edib. Məsələn, FHN Maddi Texniki-Təchizat İdarəsi 2023-cü ildə 3 tenderini “Qafqaznet” MMC-yə verib. Təkcə iki müqavilənin dəyəri 3 724 670 manat təşkil edib.

Elə ötən il də analoji tenderlər reallaşdırılıb.

Bildirək ki, 2015-ci ildə təsis edilən “Qafqaz Net” MMC “Gilan Holdinq” daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsini həyata keçirir. Şirkətin rəhbəri Cəfərov Adil Ələddin oğludur.

Açıq mənbələrdə isə iddia olunur ki, “Gilan Holdinq” FHN rəhbəri Kəmaləddin Heydərova yaxın şirkətlərdən biridir.

 

uluyol.info

  • Related Posts

    Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir – Həkimdən xəbərdarlıq

    Bir saatlıq qəlyan istifadəsi 100-dən çox siqaret çəkmək qədər zərərli ola bilər. Milli.Az xəbər verir ki, həkim Suraj Kukadia qəlyanın siqaretdən daha az zərərli olduğu mifini tamamilə məhv edərək bu…

    Oruc tutanlar üçün sübh yeməyi: Gün boyu tox qalmaq üçün nə yeməli?

    Ramazan ayında düzgün qidalanma vacibdir. Ramazan ayı başladıqda oruc tutanların qarşısında duran əsas məsələlərdən biri gün boyu aclıq və susuzluq hissini minimuma endirməkdir. Xüsusilə uzun saatlar ac qalmaq bədənin enerji…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik