Fitrə necə çıxarılmalıdır? – QMİ-dən izah

Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.

Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib: “Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”.

Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: “Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar”./apa

  • Related Posts

    Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olundu

    Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edillib. “Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Rəşad Vaqifoğlu məlumat verib. Ərizə Nizami Rayon Məhkəməsinə təqdim edilib. Qeyd edək ki, məhkum…

    Müsavat Divanının gündəliyi

    Aprelin 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat verilib. Ötən həftə partiyanın Laçın rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib, Yavər Gülməmmədov yenidən təşkilatın sədri seçilib.…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik