Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq

Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır.

“Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron söyləyib.

Yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.

Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.

Xatırladaq ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.

  • Related Posts

    Şolts hökuməti rəsmi olaraq istefa verdi

    Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib. Tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub. Bununla belə,…

    ABŞ-ın 5 ildir gizli hazırladığı silah! “F-47” nələrə qadirdir?

    ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) altıncı nəsil döyüş təyyarəsi F-47 ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Uluyol.info bildirir ki, rəsmi olaraq 21 mart 2025-ci ildə təqdim edilən bu təyyarənin eksperimental…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik