Fransız səfir: “Qarabağın Azərbaycanın ərazisi olması hələ 1991-ci ildə İrəvan tərəfindən tanınıb”

Fransanın Ermənistandakı səfiri Olivye Dekontini ötən gün bu ölkənin İctimai Televiziyasına müsahibə verib. Tribunainfo.az xəbər verir ki, fransız səfir bir çox məsələlərə, o cümlədən Azərbaycanla bağlı mövzulara da toxunub.

Dekontini deyib ki, Minsk Qrupunun buraxılması məsələsini əslində təkcə iki münaqişə tərəfi deyil, həmsədr ölkələr də həll etməlidirlər. Onun sözlərinə görə, həmsədr ölkələrinin hansı qərar verəcəyi bəlli deyil.

Fransız səfir Ermənistan-Fransa hərbi əməkdaşlıq məsələsinə də toxunub. O qeyd edib ki, bu istiqamətdə əlaqələr güclənib. Diplomat əlaqələrin üç istiqamətdə inkişaf edəcəyini də vurğulayıb. “Bu əlaqələrin üç əsas istiqaməti olacaq ki, onlardan birincisi Ermənistanın müdafiə avadanlığı ilə təmin olunmasıdır. İkinci istiqamət həm Ermənistanda, həm də Fransada erməni hərbi kadrlarının hazırlanmasıdır. Üçüncü istiqamət Ermənistan Müdafiə Nazirliyinə göstərilən məsləhət xidmətləridir ki, bu da ona Ermənistan ordusunda islahatlar aparmağa və gücləndirməyə imkan verəcək”.

Dekontini iddia edib ki, Azərbaycan Ermənistana qarşı hərbi vasitələrdən istifadə edə bilər. “Təbii ki, narahatlığa əsas var. Çünki sülh müqaviləsi olmadığı müddətdə silahlı qarşıdurma ehtimalı həmişə var”.

O bildirib ki, sərhəddə Avropa Müşahidə Missiyasının olmasının guya, Azərbaycana da xeyri var. “Azərbaycana da Azərbaycan tərəfində missiya yerləşdirmək təklif edilib, lakin Azərbaycan bundan imtina edib”.

Fransız səfir yekunda Qarabağın Ermənistan tərəfindən Azərbaycanın ərazisi olması məsələsinin Praqada tanınması mövzusuna da toxunub. “2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını iddia edənlər yalan danışırlar. Çünki Alma-Ata bəyannaməsindən sonra Dağlıq Qarabağ Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb”.

  • Related Posts

    Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

    ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Musavat.com xəbər verir ki, danışıq zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlər müzakirə…

    “8 il prezident olacağam” – Tramp

    Donald Tramp üçüncü dəfə prezident postuna namizədliyini vermək niyyətində olmadığını açıqlayıb. Musavat.com xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb: “Mən 8 il, 2 müddət prezident olacağam. Mən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik