Gömrük Komitəsində kütləvi ETİRAZ

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında növbəti narazılıq yaranıb.

Tribunainfo.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocasən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçidirlər.

Narazı əməkdaşlar bildirirlər ki, iş saatı 18.00-da bitməli olsa da, yüklərin qəbulu və yerləşdirilməsi, müayinəsi gecə saat 01:00-02:00-a qədər davam edir: “Bu kimi hallar artıq 1 ilə yaxındır ki, davam edir. İşçilərin əmək hüquqlarının pozulması halları onların “WhatsApp” qruplarında və Bakı Baş Gömrük İdarəsinin sistemində açıq-aşkar görünür”.

Onlar bildirirlər ki, bu hallar İpək-Yolu Gömrük Postunda daha çox baş verir: “Gecə saat 02:00-da yüklərin daşınması və yerləşdirilməsi bitsə də, həmin saata qədər işləyən işçinin səhər 09:00-da yenidən işdə olması tələb edilir. Məsələ ondadır ki, əlavə iş saatlarına görə hər hansı ödəniş də verilmir”.

Hətta bu məsələlərlə bağlı bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova tapşırıq verdiyi də bildirilir:

“Həmin tapşırıqdan sonra işçilər arasında növbəli sistem qurulsa da, bu da cəmi 2 həftə davam edib. Hazırda işçilər yenə də ağır rejimdə çalışırlar. Mart ayındakı qeyri-iş günlərində də analoji ağır iş rejimi davam edib”.

Qeyd edək ki, narazı əməkdaşlar işlərini itirməmək üçün adlarının çəkilməsini istəmirlər. Onlar məcburiyyətdən bu ağır rejimə dözürlər və məsələnin həll edilməsi üçün DGK sədri Şahin Bağırovdan kömək istəyirlər.

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik