Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub.

Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.

2024-cü ilin martında bu nəşrə qarşı cinayət işi qaldırıldıqdan və demək olar ki, əməkdaşların hamısı həbs edildikdən sonra Bəylərqızı bir neçə dəfə dindirilib. Yaxınları bildiriblər ki, polis onun mənzilində axtarış aparıb.

Hələlik saxlanmanın səbəbi məlum deyil. İlkin məlumatlara görə, bu, “Toplum” TV-yə qarşı cinayət işilə əlaqədardır.

Daxili İşlər Nazirliyi Turan-a Şahnaz Bəylərqızının saxlanılmasını təsdiqləyib. “Hüseynova Şahnaz (Bəylərqızı) istintaq zərurətinə görə saxlanılıb. Faktla bağlı araşdırma aparılır”, – mətbuat xidmətindən bildirilib.

Şahnaz Bəylərqızı

  • Related Posts

    Rəssam Nağdəli Xəlilov vəfat edib

    Rəssam Nağdəli Xəlilov vəfat edib. Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib. Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda…

    Trampın müşaviri Hikmət Hacıyevlə danışdı

    “Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”. Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb. “Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik