Kənan Basqal necə tutulduğunu açıqladı

Həbsindən 10 gündən artıq vaxt keçdikdən sonra vəkili AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi Kənan Basqal (Zeynalov) ilə görüşüb. Kənan Basqal şərlənərək tutulduğu bildirib və vəkili vasitəsilə ictimaiyyətə müraciət göndərib:

“Evdən çıxıb məscidə namaz qılmağa gedirdim. Evimizdən məscidə gedən yolun darısqal bir yerində, canlı-cüssəli bir nəfər qarşımı kəsdi və yaxamdan yapışaraq “məni niyə söyürsən?” deyib çəkişdirməyə başladı. Mən ona “sən kimsən, mən heç səni tanımıram” dedim və onun üzünə diqqətlə baxmaq üçün başımdan “kapşonkanı” çəkdim. Bu zaman yaxınlıqda 2 polisin hərəsinin bir tərəfdə dayandığını gördüm. Yaxamdan yapışan şəxs yenə də “hə da, sənsən, Kənansan, məni niyə söyürsən?” deyərək məni qaldırıb yerə vurdu. Elə bu zaman həmin polislər gəlib onun yox, mənim qolumdan yapışdılar, o isə özünü yerə yıxaraq “məni bıçaqla vurdu” deyib qışqırmağa başladı. Heç 5 dəqiqə keçməmiş, məni polis maşınına mindirərkən “Təcili yardım” maşını da gəldi. Demək ki, polislər kimi, o da hazır gözləyirmiş. Məni bir müddət polis maşınında gözlətdikdən sonra (görünür, hara aparmaqları barədə tapşırığı gözləyirdilər), Suraxanı rayon polisinə gətirdilər və guya kimisə bıcaqladığıma görə cinayət işi başlatdılar”.

AXCP sədri Əli Kərimli Kənan Basqalın heç bir cinayət etmədiyini, əksinə onun özünə qarşı planlaşdırılmış cinayət törədildiyini bildirib.

  • Related Posts

    Neftçalada XTQ-in giziri Elimdar Səfərovun ildönümü qeyd edildi-FOTOLAR/VİDEO

    Aprel döyüşlərindən 9 il ötür. Neftçala rayonu Aşağı Qaramanlı kəndində aprelin 4-ü XTQ-in giziri şəhid Elimdar Səfərovun ildönümü qeyd edilib. Uluyol.info xəbər verir ki, anım tədbiri Şəhidlərimizi 1 dəqiqəlik şükutla…

    Ata balasına kömək üçün yalvarır – FOTOLAR

    2 yaşlı Zərifin sizin köməyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun atası Pərviz Misirov məlumat verib. O bildirib ki, övladı qan xərçəngi ilə mübarizə aparır: “Bir neçə ay əvvəl qızımın…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik