Lavrov və Fidan Suriya ilə bağlı RAZILIĞA GƏLDİ

Rusiya xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan telefon danışığı zamanı Suriya məsələsi və digər aktual beynəlxalq mövzularda təmasları davam etdirmək barədə razılığa gəlib, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlikdən verilən məlumata görə, tərəflər ikitərəfli gündəmin bir sıra məsələlərinə toxunublar.

“Suriya məsələsi, eləcə də digər aktual regional və beynəlxalq məsələlər üzrə sıx təmasda qalmaq barədə razılıq əldə olunub”, – deyə bəyanatda qeyd edilir.

Tərəflər Suriyada və onun ətrafında baş verən hadisələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Nazirlər Suriyada hərtərəfli nizamlanma prosesinə dəstək məqsədilə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Onlar bu prosesin ölkənin suverenliyi, birliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz hörmət edilməsinə əsaslanmalı olduğunu bildiriblər.

  • Related Posts

    Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI

    “Microsoft”un həmtəsisçisi Bill Qeyts hesab edir ki, insanların gələcək nəsilləri dörd mühüm problemi həll etməlidirlər. Onun fikrincə, onların qlobal əhəmiyyəti var. Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd olunur ki,…

    Türkiyədə həkimlər tətil elan etdilər

    Türkiyədə həkimlər tətil elan edəcəklər. Yenicag.az xəbər verir ki, bu barədə Türk Təbiblər Birliyi (TBB) qərar qəbul edib. TBB mövcud səhiyyə sisteminə öz etirazlarını bildirmək üçün həkimləri martın 14-də tətil…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik