Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb.

“Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir”,- deyə məlumatda qeyd edilib.

  • Related Posts

    Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB

    “Unibank” əməkdaşlarının kobudluğu və bankın güzəşt müddətinin az olması bankdan imtina edən müştərilərin sayını artırıb. Tribunainfo.az xəbər verir ki, narazı müştərilərdən biri də Günay Quliyevadır. Bu problemlər səbəbindən o “Unibank”dan…

    Bu da məşhur restoranın mətbəxi…- Kütləvi zəhərlənmə buna görə olub

    “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik