Müsavat Divanının gündəliyi

Aprelin 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.

Ötən həftə partiyanın Laçın rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib, Yavər Gülməmmədov yenidən təşkilatın sədri seçilib. Toplantıda Divan üzvü Mirbaba Babayev və MNTK sədri Əli Həsənov iştirak ediblər.

Aprelin 13-də partiyanın Gəncə şəhər təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda Oqtay Zeynalov gizli səsvermə nəticəsində təşkilatın sədri seçilib. Yığıncaqda Divan üzvləri Gülağa Aslanlı və Razim Əmiraslanlı, MNTK üzvləri Rövşən Hüseynov və Firəngiz Hüseynova iştirak ediblər.

Məclisin sədri Arif Hacılı, Divan üzü Razim Əmiraslanlı və Məclis üzvü Zakir İsmayıl siyasi məhbus Tofiq Yaqublunu saxlandığı Umbakı təcridxanasında ziyarət etməyə çalışsalar da, təcridxana rəhbərliyi buna imkan verməyib.

Divanın toplantısında 14-cü gündür ki, aclıq aksiyasını davam etdirən Tofiq Yaqublunun sağlıq durumunda ciddi problemlərin yarandığı bildirilib. Müsavat Partiyasının bununla bağlı hakimiyyətlə müzakirə təklifinə hələ cavab verilməyib. Bir daha qeyd edilib ki, ictimaiyyət və Tofiq Yaqublunun hüquqlarının müdafiəçiləri, onun həyatının xilas edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.

Həbsdə olan jurnalist Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulduğu barədə məlumatdan narahatlıq ifadə olunub. Vurğulanıb ki, AR CM-nin 78-ci maddəsinə görə səhhətində ciddi problemlər yaranan məhbuslar cəzanın çəkilməsindən azad edilə bilər.

Divanda qeyd edilib ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunmayacağı ilə bağlı dövlət başçısının qərarı həm ölkə vətəndaşlarının öz hüquqlarını müdafiə etmək imkanlarının məhdudlaşmasına, həm də ölkənin beynəlxalq əlaqələrinin pisləşməsinə gətirib çıxara bilər.

İctimai fəal və Müsavat Partiyasının üzvü Rəbiyyə Məmmədovaya qarşı zorakılıq və təzyiqlər pislənilib. Onun tələblərinə qanun çərçivəsində cavab verilməsinə çağırış edilib.

İclasda regionda və dünyada gedən proseslərə dair fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

  • Related Posts

    Araz Paşayev dövlət vəsaitlərinin necə qanunsuz istifadə edib?

    Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib. Bu barədə Palatanın 2025-ci ilin I rübünə dair…

    DİN çağırış edib: Təcili Yardıma yol ver! (VİDEO)

    Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir. Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik