Orbandan AÇIQLAMA – LGBT paradları olmayacaq

Budapeştdə daha LGBT paradları olmayacaq, çünki onlara rəhbərlik edən ABŞ səfiri ölkəni tərk edib.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunda bildirib.

Onun sözlərinə görə, söhbət Devid Pressman adlı diplomatdan gedir, o, yanvar ayında Macarıstanı tərk edib.

ABŞ hələlik yeni səfir təyin etməyib.

“Əvvəl Budapeştdə yürüşə rəhbərlik edən amerikalı səfir artıq ölkəni tərk edib, buna görə də bu tədbir artıq beynəlxalq qorunmadan məhrumdur və baş tutmayacaq”, – deyə Orban açıqlama verib.

Daha əvvəl Viktor Orban dəfələrlə vurğulayıb ki, Macarıstan qeyri-qanuni miqrasiya və uşaqlar arasında LGBT təbliğatına qarşı Avropa Komissiyasına heç bir güzəştə getməyəcək.

Pressman isə səfir vəzifəsində işləyərkən Macarıstan rəsmilərinin həmişə onu LGBT məsələləri ilə bağlı söhbətlərə cəlb etməyə çalışdığını və Rusiya prezidenti Vladimir Putinin siyasətini müzakirə etməkdən yayınmasından şikayətlənib.

  • Related Posts

    Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

    Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab…

    Pakistan BMT-dən təcili iclas keçirməyi tələb etdi

    Pakistan Hindistanla artan gərginliyə görə BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Yenicag.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı diplomatik mənbəyə istinadən məlumat yayıb. İclasın vaxtı hələ təyin edilməyib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik