Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.

Bu barədə Qarabağ Universitetindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.

Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”, – Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

  • Related Posts

    Əkrəm İmamoğlunu o ƏVƏZ EDƏ BİLƏR – Adı AÇIQLANDI

    Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən sonra İstanbulun yeni bələdiyyə sədrinin kim olması ilə bağlı aparılan sorğuda Beylikdüzü Bələdiyyə Başçısı M. Murat Çalık ən çox səs toplayıb. Musavat.com xəbər verir ki, bununla…

    “Caliber”: Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır

    Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Uluyol.info xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb. Nəşr yazır ki, rəsmi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik