Qarabağa səfər üçün portaldan icazə ləğv olunur?

“Yolumuzqarabaga.az” portalı üzərindən icazə alaraq işğaldan azad olunan ərazilərə 2 gün səfər müddəti şəxsi minik avtomobili ilə edilən səfərlərə aiddir.

Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, hazırda da bu səfərlər sözügedən portal üzərindən həyata keçirilir:

“Avtobuslarla ziyarət xarakterli səfərlər zamanı vətəndaşlar eyni gündə yola düşdüyü avtobuslarla geri qayıtmalı olurdular. Ancaq indi – müntəzəm reyslər vasitəsilə səfər edənlər isə icazələri müddətində həmin ərazidə qala bilərlər.

İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımız martın 1-dən müntəzəm reyslər üzrə biletləri yalnız “Biletim.az” portalı üzərindən əldə edə biləcəklər. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir”.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “Yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edildiyi elan olunub. /Axar.az

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik