Qarabağın bərpasına 16 milyard manat xərclənəcək

2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək.

Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

“2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub. Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilmiş, onların sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən müvafiq vəsait yönəldilib”, – məlumatda qeyd edilib.

  • Related Posts

    Azərbaycanın dövlət borcu AÇIQLANDI

    Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6 %-i qədər olub. Tribunainfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir…

    Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

    Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub. Tribunainfo.az “2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” sənədinə istinadən xəbər verir ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    İmişlidəki qəzada 3 məktəbli həlak olmuşdu: Saxlanılan 14 nəfərin məhkəməsi başlayır

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik