Qaraciyər üçün ən faydalı qidalar – Kələm, balıq, avokado…

Qaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və digər həyati vacib funksiyalarda iştirak edir. Onun sağlamlığını qorumaq üçün müəyyən qidaların rasiona daxil edilməsi vacibdir.

E-saglam.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı hepatoloq, qastroenteroloq, tibb elmləri namizədi Yelena Butenko danışıb.

Onun sözlərinə görə, rasiona avokado, yulaf, giləmeyvələr, yaşıl çay, yağlı balıq, qreypfrut, zeytun yağı və brokkoli kimi qidalar daxil edilməlidir.

Avokado

Bu unikal məhsul çoxlu doymamış yağlar ehtiva edir ki, onlar qaraciyərin zədələnmə proseslərini ləngidir və onu bərpa etməyə kömək edir. Avokado, həmçinin kifayət qədər lif, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Ən əsası isə qlutation (qaraciyəri sərbəst radikalların zədələyici təsirindən qoruyan maddə) istehsalını artırır.

Yulaf yarması

Beta-qlükanlar adlı unikal liflərlə zəngin olan yulaf qaraciyərdə iltihabı azaldır, immun sistemini gücləndirir, qanda şəkərin və qaraciyər hüceyrələrində piyin miqdarını azaldır.

Giləmeyvələr

Giləmeyvələr polifenol tipli antioksidantlarla zəngindir. Onlar qaraciyəri qoruyur və orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edir. Üzümün tərkibindəki resveratrol isə iltihab əleyhinə və xərçəngə qarşı təsirləri ilə tanınır.

Qarpız

Qarpız qaraciyəri toksinlərdən təmizləyən və orqanizmi maye ilə təmin edən ideal meyvədir. Onun yüngül ödqovucu təsiri də var.

Yaşıl çay

Araşdırmalara görə, yaşıl çayın antioksidant tərkibi qaraciyər xərçənginin riskini azaldır, iltihabi və oksidləşdirici prosesləri zəiflədir.

Qreypfrut

Qreypfrutun tərkibindəki naringenin və naringin adlı flavonoidlər qaraciyərin bərpasını dəstəkləyir, fibroz riskini azaldır, həzm prosesini yaxşılaşdırır və piylənmənin qarşısını alır.

Yağlı balıq (qızılbalıq, skumbriya, sardina və s.)

Yağlı balıq “Omega-3” yağ turşularının ən yaxşı mənbələrindən biridir. “Omega-3” qaraciyərdə “zərərli” yağların, xüsusilə də aşağı sıxlıqlı lipoproteinlərin (LDL) və triqliseridlərin yığılmasını azaldır. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq yemək tövsiyə olunur.

Zeytun yağı

Təravətli (termik emaldan keçməmiş) zeytun yağı qaraciyər üçün olduqca faydalıdır. O, orqanizmdə “yaxşı” xolesterinin (HDL) miqdarını artırır, detoks proseslərini gücləndirir və qaraciyərdə piy yığılmasının qarşısını alır.

Kələm növləri (brokkoli və brüssel kələmi)

Bu xaççiçəklilər (kələm növləri) az karbohidratlı və liflə zəngin olduğuna görə qaraciyərdə piy yığılmasını azaldır. Xüsusilə brokkolinin tərkibindəki sulforafan və indol adlı antioksidantlar qaraciyərin detoks fermentlərini aktivləşdirir və xərçəng riskini azaldır. (oxu.az)

  • Related Posts

    Xərçəngdən qorunmaq üçün hər mətbəxdə olan 5 MƏHSUL

    Mütəxəssislər gündəlik istifadə olunan və hər mətbəxdə tapıla biləcək, güclü müalicəvi xüsusiyyətlərə malik məhsul və ədviyyatların siyahısını açıqlayıblar. Bu məhsullar təkcə dadına görə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə…

    Siqaretin bu növü DAHA TƏHLÜKƏLİDİR: diabetdən tutmuş ürək çatışmazlığına qədər…

    Cons Hopkins Universitetinin alimləri ABŞ-ın bir sıra tədqiqat mərkəzlərindən olan həmkarları ilə birlikdə vapinq (elektron siqaret) istifadəçilərinin digərlərinə nisbətən daha çox tənəffüs xəstəliklərinə tutulduğunu aşkar ediblər. Bu barədə “Nicotine &…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik