Rusiya ABŞ vətəndaşını azad etdi; Ağ Ev xoşməramlı jest kimi dəyərləndirdi

Rusiyada narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılan ABŞ vətəndaşı Mark Fogel sərbəst buraxılıb və tezliklə vətəninə qayıdacaq.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts açıqlayıb.

“Bu gün prezident Donald Tramp və onun (Yaxın Şərq üzrə) xüsusi nümayəndəsi Stiv Uitkoff elan edə bilər ki, cənab Uitkoff Rusiyada saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava məkanını tərk edir” – Uolts qeyd edib.

Uolts bəyanatında qeyd edib ki, Fogelin Rusiya ilə mübadilə çərçivəsində sərbəst buraxılması Moskvanın “xoşməramlı jestidir” və Ukrayna böhranının həllində irəliləyiş olduğunu göstərir: “ABŞ prezidenti Donald Tramp, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin müşavirləri mübadilə ilə bağlı danışıqlar aparıblar ki, bu da rusların xoşməramlı jesti və bizim Ukraynada amansız və dəhşətli müharibəyə son qoymaq üçün düzgün istiqamətdə hərəkət etdiyimizə işarədir”.

Qeyd edək ki, bu açıqlamadan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İordaniya Kralı II Abdullah ilə görüş zamanı jurnalistlərə bildirmişdi ki, Ukrayna böhranının sülh yolu ilə həllində mühüm irəliləyiş əldə olunub: “Biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Mən, əslində, çox yaxşı irəliləyiş əldə etdiyimizi düşünürəm”.

 

  • Related Posts

    Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

    Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab…

    Pakistan BMT-dən təcili iclas keçirməyi tələb etdi

    Pakistan Hindistanla artan gərginliyə görə BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Yenicag.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı diplomatik mənbəyə istinadən məlumat yayıb. İclasın vaxtı hələ təyin edilməyib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik