Rusiya və İrandakı ərazilərimizi belə qaytara bilərik – “Dərbənddən Kəngər körfəzinə qədər …”

Son vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, sərhədlərimizin 1918-20-ci illər vəziyyətinə gətirilməsi tələbi irəli sürülür. Bunun hüquqi əsaslarının olduğu haqqında fikirlər səsləndirilir.

Azərbaycan torpaqları yalnız Ermənistan tərəfindən işğal edilməyib – İran və Rusiyanın da ərazilərimizi öz sərhədlərinə qatdığı məlumdur. Maraqlıdır ki, xüsusilə Rusiya və İranla münasibətlərin kəskinləşdiyi vaxtda bu tezis ortaya atılır. 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqavilələri xatırlanır.

Deyilir ki, ABŞ Prezidenti Donald Trampın vaxtilə ABŞ-ın olmuş ərazilərə iddia ortaya qoyması Azərbaycana da bu yöndə iddialarla çıxış etməyə hüquqi və mənəvi əsas verir.

Hazırda xəyal kimi görünən bu məsələ nə zamansa gerçəkləşərmi? Dövlətin Qərbi Azərbaycanla bağlı konsepsiyanın, hədəfinin olduğu məlumdur. Ermənilər tərəfindən o torpaqlardan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qaytarılması istiqamətində siyasi-ideoloji işlər görülür. İran və Rusiya tərəfindən işğal edilib, əlimizdən zorla alınan ərazilərlə bağlı da məsələ qalxa bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə sahib olduğumuzu hər zaman ifadə etmişik:

faiq elekberli

Faiq Ələkbərli

“1918-1920-ci illərdə Azərbaycanın 114 min kvadrat km ərazisi olub. O dönəmdə həmin torpaqları əldə edə bilmişdik. Bütövlükdə Azərbaycan xalqının torpaqları bununla yekunlaşmır. Dərbənddən Kəngər körfəzinə qədər böyük bir coğrafiyanı əhatə edir. 1813-1828-ci il Qacar və Çar Rusiyası arasında gedən müharibələrin nəticəsində torpaqları itirmişik. Qacarlar da türk dövləti idi. 1925-ci ildə böyük güclərin ciddi əməlləri nəticəsində irançı Pəhləvilər hakimiyyətə gəldi. Azərbaycanın ərazilərinin nə qədər geniş olduğu bilirik. İndiki şəraitdə Azərbaycan Respublikası AXC-nin 114 km ərazisinə sahiblənməyimiz, digər torpaqlardan imtina etdiyimiz anlamına gəlmir. 1918-ci ildə Ararat Respublikası da Azərbaycan torpaqları hesabına yaradıldı”.

Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan daha sistemli hərəkət edərsə, öz torpaqlarını geri qaytara bilər:

“Qarabağ və Şərqi Zəngəzur kimi Qərbi Zəngəzura, Göyçə, Dərbəndə və digər ərazilərə də sahib çıxmalıyıq. Onlar bizim tarixi torpaqlarımızdır. Böyük qismində hələ də Azərbaycan türkləri yaşayır”.

Safura Bənnayeva

Globalinfo.az

  • Related Posts

    Azərbaycanın hər yerində qar yağır

    Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron…

    Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

    Hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (svetoforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir. Uluyol.info…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik