Ruslan Əmircanov millimizin uduzmasının səbəbini AÇIQLADI

“Jurnalistlər yazırlar ki, Azərbaycan millisi qəsdən oynamır, oyunçular məşqçini istəmirlər”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində futbolçu Ruslan Əmircanov deyib.

Deyilənlərin yanlış olduğunu söyləyən Ruslan Əmircanov bildirib ki, oyuna çıxan hər bir futbolçu orada əlindən gələni edir:

“Əgər oyun meydançasına çıxırsansa, son fitə kimi mübarizə aparmalısan. Bəzi jurnalistlər yazırlar ki, millimiz məşqçini istəmir, oyunçular qəsdən oynamırlar. Bütün deyilənlər yanlışdır. Meydançaya çıxan hər bir futbolçu orada əlindən gələni edir. Həmin məşqçi də Portuqaliya millisini çempion edib. Əgər onu bu posta uyğun bilməsəydilər, gətirməzdilər”.

Ruslan Əmircanov, həmçinin millimizin uduzmasının səbəblərindən danışıb.

“Futbolumuzu Avropa klubları səviyyəsinə gətirmək üçün illər lazımdır. Ani diqqətsizlik, standart vəziyyətdə qol buraxmağımız yaralı yerimizdir. Müasir futbolda qolların əksəriyyəti standart vəziyyətlərdə vurulur. 10 il bundan öncə Lüksemburq, San-Marino milliləri ilə oynayanda sevinirdik ki, onları gözüyumulu udacağıq”, – deyə futbolçu sözlərinə əlavə edib.

Ətraflı süjetdə:

  • Related Posts

    “Qarabağ” – “Traktor” görüşü keçirilə bilər

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İran çempionu “Traktor”la yoldaşlıq görüşü keçirmə variantına münasibət bildirib. Axar.az xəbər verir ki, 53 yaşlı mütəxəssis belə bir qarşılaşmanın baş tutmasının özü üçün də xoş…

    PSJ Londonda “Arsenal”a qalib gəldi

    Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. QOL.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Fransanın PSJ klubu İngiltərədə “Arsenal”ın qonağı olub. Paris təmsilçisi 1:0 hesablı…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik