Sabah dərslər təxirə salınır? – RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə dərslərin təxirə salınması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud deyil.

Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir./Axar.az

  • Related Posts

    Bu gecə Bakıda meteor yağışı müşahidə olunacaq

    Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq. Yenicag.az xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün…

    “Soyducumda heç nə yoxdur, oğlum sağ olanda yaxşı dolanırdıq” — Şəhid anası danışdı

    Şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova adiyyatı qurumların onunla maraqlanmamağından şikayətçidir. Uluyol.info bildirir ki, bu barədə o anews.az-a müraciətində bildirib. “Hazırda mənə dövlət tərəfindən verilən bir otaqlı evdə yaşayıram. Mənimlə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik