Şahnaz Bəylərqızı azad edilə bilər

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.

“Qafqazinfo” xəbər verir ki, hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib.

Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq.

Daha əvvəl hüquq müdafiəçiləri İlham Əliyevə müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər.

Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. Hüquq müdafiəçiləri ona qarşı ittihamları əsassız sayır.

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik