Seul: Şimali Koreya Rusiyaya daha 3000 hərbçi göndərib

Şimali Koreya 2025-ci ilin yanvar və fevral aylarında Rusiyaya əlavə 3000 hərbçi göndərib. Bu haqda Associated Press Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin hesablamalarına istinadən xəbər verir.

Məlumata görə, Pxenyan həmçinin Moskvaya çox sayda raket, artilleriya avadanlığı və sursat göndərir və cəbhədəki vəziyyətdən asılı olaraq silah təchizatını artıra bilər.

Cənubi Koreya iddia edir ki, Şimali Koreyanın Rusiyaya tədarük etdiyi sursat və hərbi texnika arasında “əhəmiyyətli sayda” qısa mənzilli ballistik raketlər, 170 mm-lik özüyeriyən haubitsalar və 220-yə yaxın 240 mm-lik reaktiv sistemləri var.

Bundan əvvəl Cənubi Koreya KİV-i kəşfiyyat mənbələrinə istinadən xəbər vermişdi ki, KXDR-dən əlavə 3 minədək hərbçi Rusiya Federasiyasına gəlib.

İndiyədək Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya 11-12 min əsgər göndərib. Kursk vilayətində gedən döyüşlərə KXDR hərbçiləri cəlb edilib.

Yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın 4000-ə yaxın əsgərinin öldüyünü və yaralandığını demişdi. Şimali Koreyanın itkiləri ilə bağlı eyni təxminləri indi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri təqdim edib.

  • Related Posts

    Kim Çen ordusuna ağır itki: 600 ölü, 4100 yaralı – FOTO

    Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün göndərilən 15 minə yaxın Şimali Koreya əsgərindən 600-ü həlak olub, 4100-ü isə yaralanıb. Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya…

    Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi

    Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. AZƏRTAC xəbər verir ki, Bako…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik