Şolts hökuməti rəsmi olaraq istefa verdi

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.

Tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub.

Bununla belə, kansler və Almaniya hökumətinin üzvləri Ştaynmayerin tələbi ilə yeni kabinet formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər.

Ştaynmayer çıxışında pandemiyanı, Ukraynadakı münaqişəni, Fələstinin radikal “HƏMAS” hərəkatının İsrailə hücumunu və ondan sonra Qəzzada baş verən müharibəni xatırladıb.

Yeni Bundestaq formalaşdıqdan sonra Almaniya prezidenti parlament üzvlərini bir-biri ilə hörmətli və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməyə çağırıb: “Biz demokratlar olaraq bütün fikir ayrılıqlarına baxmayaraq dialoqa və kompromislərə açıq qalmalı və bir-birimizə ehtiyatla yanaşmalıyıq”. (Report)

  • Related Posts

    Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

    Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab…

    Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

    ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Musavat.com xəbər verir ki, danışıq zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlər müzakirə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik