Suriyanın yeni lideri ilk xarici səfərini etdi

Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.

Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

“Əş-Şaraa bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd aş-Şibani müşayiət edir”, – agentlik yazıb.

Görüşün məzmunu ilə bağlı məlumat hələ yoxdur.

Eyni zamanda qeyd olunur ki, bu, Suriyanın yeni liderinin ilk xarici səfəri olsa da, daha əvvəl Dəməşqə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.//Report

  • Related Posts

    Əkrəm İmamoğlunu o ƏVƏZ EDƏ BİLƏR – Adı AÇIQLANDI

    Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən sonra İstanbulun yeni bələdiyyə sədrinin kim olması ilə bağlı aparılan sorğuda Beylikdüzü Bələdiyyə Başçısı M. Murat Çalık ən çox səs toplayıb. Musavat.com xəbər verir ki, bununla…

    Tramp Putinlə danışacaq: Zelenskini Ağ Evdə gözləyir

    ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Valdimir Putinlə danışacağını bildirib. Yenicag.az bu barədə “RİA”ya istinadən xəbər verir. Tramp ABŞ və Ukrayna heyətləri arasındakı görüşdən sonra bildirib ki, o, Ukrayna Prezidentini…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik