Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi

“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. 

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət  bunlara cavab verməlidir”.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.

Sayta açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib:

“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır.  Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”.

  • Related Posts

    Ararat Mirzoyan: “Qərbi Azərbaycan tələbi Ermənistana torpaq iddiasıdır”

    “Azərbaycanın Qərbi Azərbaycan iddiasında suveren Ermənistan Respublikasına qarşı ərazi iddiaları yer alır”. Tribunainfo.az bildirir ki, bu sözləri Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, rəsmi Bakı Qərbi Azərbaycana…

    Etibar Məmmədova veteran müsavatçıdan cavab

    Akif Bədirli, Müsavat Partiyasının Məclis üzvü Etibar Məmmədov maraqlı zamanda danışmağa başlayıb. Maraqlı olan odur ki, indi Tramp dünya dövlətlərinə münasibətdə necə davranırsa Etibar Məmmədov da o vaxt AXC-nin tanınmış…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik