Tofiq Yaqublu aclığa başlayır: “Ölümü seçirəm”

“Mən 75 yaşında həbsxanadan çıxmaqdansa, ölümü seçirəm”

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsxanada ölüm aclığına başlayacağını bəyan edib:

“Mənə qarşı açıq-aşkar cinayət törədilib. Saxta ittihamla əsassız və qanunsuz olaraq 1 il 3 aydır ki, həbsdə saxlanıram. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuruyev mənim barəmdə PA-dan gələn hökmü elan etdi. Bu hökmü mənə İlham Əliyev verib.

Mən aprel ayının 1-dən qanunsuz məhkəmə qərarına etiraz olaraq aclıq aksiyasına başlayacam. Qərarım qətidir!Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər.

Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir. Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm.

Aclıq aksiyası etməkdə tələbim mənə qarşı açılmış saxta ittihama xitam verilməsi və azadlığımın təmin edilməsidir. Tələbim yerinə yetirilməyədək aclıq aksiyasını dayandırmayacam!”

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik