Tofiq Yaqublu öz evində axtarış aparılması ilə bağlı protokolların saxtalaşdırıldığını bildirib

Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.

Yaqublu öz evində axtarış protokollarının saxtalaşdırılmasını qeyd edib.

O, diqqəti ona yönəldib ki, protokolda göstərilib ki, 14 dekabr 2023-cü il saat 16.00-da müstəntiq “zərərçəkənin” dindirilməsini başa çatdırıb və axtarış barədə qərar qəbul edib.

Bundan sonra müstəntiq məhkəmədə axtarış üçün order istəyib, axtarış aparmaq üçün qrup yaradıb və saat 17.50-də Əvvəlcə hüquq-mühafizə qüvvələri axtarış üçün Yaqublunun evinə gəlib.

O qeyd edib ki, 1 saat 50 dəqiqə ərzində məhkəməyə müraciət etmək, order almaq və sonra indiki tıxac şəraitində Nərimanov məhkəməsindən Qaraçuxur qəsəbəsinə Yaqublunun evinə gəlmək fiziki cəhətdən mümkün deyil.

Yaqublu həmçinin qeyd edib ki, iş materiallarında göstərildiyi kimi, bir saat yarım ərzində axtarış aparmaq və protokol tərtib etmək mümkün deyil.

O deyib ki, reallıqda axtarış aparılmayıb. Əvvəlcə hüquq-mühafizə qüvvələri Yaqublunun xanımı  ilə birlikdə evin ikinci mərtəbəsinə qalxıblar və bu müddətdə digər işçilər pulu birinci mərtəbədəki otağa qoyublar. Və sonra axtarış aparanlar aşağı eniblər və dərhal bu pulu “tapıblar”.

Yaqublu diqqəti ona da yönəldib ki, axtarış videoya çəkilməyib.

Onun sözlərinə görə, “aşkar edilmiş” əskinaslardakı barmaq izləri saxtalaşdırılıb. “Necə olur ki, mənim barmaq izlərim qalıb, amma Elşən Hüseynov (zərərçəkən) və Elnur Məmmədovun (iş üzrə digər müttəhim) barmaq izləri qalmayıb”,- Yaqublu deyib.

O, öz günahına dair sübutun olmamasına görə cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Növbəti məhkəmə iclası fevralın 14-nə təyin edilib.

* Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 14 dekabr 2023-cü ildə dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz hazırlanması, saxta sənədlərdən istifadə ittihamı ilə həbs edilib.

Yaqublu ittihamları uydurma adlandırıb. Siyasətçi əvvəllər dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar Tofiq Yaqublunu vicdan məhbusu kimi tanıyıblar.

  • Related Posts

    Tofiq Yaqubluya 9 il həbs cəzası verildi

    Şərlənərək həbs edilən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə martın 10-da yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu 9 il…

    Hökumət bu tarixdə parlamentə hesabat verəcək

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Hesabatda hökumətin 2024-cü ildə gördüyü…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Ramazanın 11-ci gününün duası – İmsak və iftar vaxtı

    Ramazanın 11-ci gününün duası – İmsak və iftar vaxtı

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik