Trampın acığına: Zelenski və Şolts Ukrayna müharibəsinin bitməsi yollarını müzakirə etdilər

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla müharibənin başa çatdırılması və təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında məlumat verib.

O, Almaniyanın Ukraynaya göstərdiyi dəstəyə görə Şoltsa təşəkkür edib və Berlinin liderliyinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Zelenski qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalından bəri Almaniyanın Ukraynaya verdiyi ümumi yardım 43,6 milyard avroya çatıb.

Bundan əlavə, Ukrayna lideri kansleri general Kelloqla keçirdiyi görüş və xarici dövlət başçıları ilə son təmasları, o cümlədən Fransa prezidenti Emmanuel Makronla dünən apardığı müzakirələr barədə məlumatlandırıb.

Görüş zamanı ədalətli sülhə nail olmaq üçün atılmalı olan addımlar və Avropanın danışıqlar masasında oynaya biləcəyi rol ətraflı müzakirə edilib. Zelenski Almaniyanın dəstəyinə görə Şoltsa təşəkkür edib və Ukrayna xalqının bu yardımı heç vaxt unutmayacağını bildirib.

  • Related Posts

    Metyu Brayza: “Minsk Qrupunun artıq heç bir rolu qalmayıb

    “Minsk Qrupunun artıq heç bir rolu qalmayıb”. Bunu APA-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib. Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh üçün…

    ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE

    MOBİL VERSİYA ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz – Moskvadan RƏSMİ MÖVQE 400 20.03.2025 22:02 A A ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik