Trampın müşaviri Hikmət Hacıyevlə danışdı

“Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb.

“Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə (Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri -red.) danışdım. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq,” – Uolts qeyd edib.

O, həmçinin Amerikanın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcəyini və bu baş verənə qədər işləməyə davam edəcəklərini əlavə edib./Qafqazinfo/

  • Related Posts

    Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər.…

    3 May – Türkçülük gününün gerçək tarixi

    Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var. Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik