Turan agentliyi fəaliyyətini dayandırdı

Turan İnformasiya Agentliyinin oxucularına müraciət edib. Qurumun fevralın 14-də öz saytında paylaşdığı müraciətdə deyilir:

Hörmətli oxucular,

Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə – Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.

Lakin bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.

Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır.

Sizə – oxucularımıza – bizə göstərdiyiniz etimad və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Sizin marağınız və iştirakınız bizim fəaliyyətimizin əsas hərəkətverici qüvvəsi olub və biz bu yolda sizinlə yeni və daha mənalı şəkildə davam edəcəyimizə ümid edirik. Biz hazırkı modeldən geri çəkilsək də, əsas məqsədimizdən – mürəkkəbləşən dünyanı anlamağa kömək edən müstəqil səs olmaqdan imtina etmirik.

Turanın hekayəsi hələ bitməyib. Bizimlə qalın.

Hörmətlə,

Turan İnformasiya Agentliyinin kollektivi adından,

Mehman Əliyev, direktor

  • Related Posts

    Rəssam Nağdəli Xəlilov vəfat edib

    Rəssam Nağdəli Xəlilov vəfat edib. Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib. Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda…

    Trampın müşaviri Hikmət Hacıyevlə danışdı

    “Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”. Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb. “Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik