Urslua fon der Leyen: “Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədləri açmalıdır”

Xəbər verildiyi kimi, dünən Orta Asiya ölkələri ilə Avroa Komissiyası arasında çox mühüm görüş keçirilib.

Tribunainfo.az xəbər verir ki, Daşkənd sammitində bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, əməkdaşlığa dair memorandum da imzalanıb.

Həmin tədbirdə çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Avropa ilə Orta Asiya arasında məsafənin qısalması üçün Cənubi Qafqazda bir neçə məsələnin tezliklə həll olunması lazımdır. O dolayısı ilə etiraf edib ki, Cənubi Qafqaz Qərb üçün Orta Asiyaya qapıdır: “Orta Asiya ilə Cənubi Qafqaz arasında rəvan sərhəd keçidləri Qara dənizə çatmaq üçün vacibdir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin otuz illik bağlanmasından sonra açılması oyunu dəyişdirəcək. Və bu, Avropa ilə Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq”.

  • Related Posts

    Paşinyan: “Minsk qrupunun strukturlarının buraxılması bəyanatını imzalamaq mümkündür”

    Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir. Yenicag.az xəbər verir ki, bu barədə o,…

    İrəvanın ən böyük qorxusu – Məsələ Zəngəzur deyil, bu ərazidir!

    “Ermənistan bütün öhdəliklərdə olduğu kimi, delimitasiya prosesində də manipulyasiya siyasətinə üstünlük verir”. Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib. O bildirib ki, rəsmi İrəvanın iddialarının əksinə, danışıqlar prosesində müəyyən durğunluq…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik