Vəkilin həbs edilmiş blogerlə görüşünə icazə verilməyib

Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində “xeberman.com” saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
“Mənim gəldiyimi yuxarılarına məruzə etmək adı ilə gözlətdilər. Bir müddətdə gözlədəndən sonra dedilər ki, cəmi bir vəkil otağı var orada da vəkil var, ona görə görüş vermirik”, – deyə Sadıqov “Facebook”da yazıb.
İki saatdan çox gözləyən vəkil cəzaçəkmə müəssisəsindən çıxıb.
Bir müddət əvvəl Aslanov və Ramazanov cəzaçəkmə müəssisəsində hüquqlarının pozulduğunu bildiriblər, saxlanma şəraitinin ağır olması və məhbuslara qarşı rəftarın pis olması haqqında məlumat veriblər.
  • Related Posts

    Tofiq Yaqublu aclığa başlayır: “Ölümü seçirəm”

    “Mən 75 yaşında həbsxanadan çıxmaqdansa, ölümü seçirəm” Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsxanada ölüm aclığına başlayacağını bəyan edib: “Mənə qarşı açıq-aşkar cinayət törədilib. Saxta ittihamla əsassız və…

    Nurlan Libre həbsxanadan yazdı

    Salam, əziz dovşanlarım! Bu sətirləri sizə 6 nəfərlik soyuq Kürdəxanı kamerasından yazıram. Həbsxana sizə deyildiyi kimi qorxulu yer deyil. Rahat olun. Saxlanılma şəraitim yaxşıdır. 2018-ci ildən jurnalistika peşəsinə başlayandan bəri…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik