Vəzifəli şəxs qəza törətdi: Piyada öldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.

Yenicag.az xəbər verir ki, Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:

“Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.

Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir”.

  • Related Posts

    Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi (FOTO)

    İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 18-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz…

    17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı

    Martın 9-da gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. Belə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik