Yazda hansı vitaminlər qəbul edilməlidir?

Həkimlə məsləhətləşdikdən sonra yaz aylarında D və B vitaminlərini qəbul etməyə başlamaq olar.

Bu barədə gazeta.ru-ya diyetoloq, Rusiya Elmlər Akademiyasının Federal Elmi Mərkəzinin məsləhətçisi Aleksandra Surjik bildirib.

“Defisit riski ilə hər hansı məhdudlaşdırıcı pəhrizə riayət edən insanlar üzləşə bilərlər. Çünki məhdudiyyət bir qrup məhsulların qida rasionundan çıxarılmasına gətirib çıxarır ki, bu da mikroelementlərin çatışmazlığı deməkdir. Məsələn, vegetarianlarda çox vaxt B12 vitamini çatışmazlığı olur. Bu pəhrizin tibbi səbəblərə görə təyin olunmasından, yoxsa insanın özünün özünə bu pəhrizi təyin etməsindən asılı deyil. Yaz aylarında bir çox qadın yaya qədər arıqlamağa və qida rasionunu məhdudlaşdırmağa çalışdığından, kifayət qədər vitamin çatışmazlığı riski çox yüksəkdir”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, tez-tez çatışmazlıq yaşayan başqa bir kateqoriya mədə-bağırsaq xəstəlikləri olan insanlardır. Bu xəstəliklər həzmə və qida maddələrinin, o cümlədən mikroelementlərin orqanizmə sovrulmasına mane ola bilər.

“Bu qeyri-populyar ifadəni də əlavə edəcəyəm: tam, müxtəlif qidalanma ilə, demək olar ki, bütün mikroelementləri qida ilə kifayət qədər miqdarda alırıq. Yalnız xatırlamaq lazımdır ki, yüksək kalori tam qidalanmaya bərabər deyil. Əksinə, yüksəkkalorili qidalar (çoxlu miqdarda şəkər və yağ) yeyənlər mikronutrient çatışmazlığını daha artırır. Hətta “gizli aclıq” anlayışı var. Enerji cəhətdən, zülalların, yağların, karbohidratların səviyyəsi kifayət qədərdir (hətta artıqdır), lakin mikroelementlər çatmır”, – deyə diyetoloq əlavə edib./oxu.az

  • Related Posts

    Qocalma prosesini ləngidən çox ucuz balıqlar – SİYAHI

    Bəzi balıq növləri xroniki zəif iltihab proseslərini və oksidləşdirici stressi dayandırmaq gücünə malikdir. Soyuq sularda yaşayan dəniz balıqları təbiətin gənclik eliksiri hesab olunur. Həkimlərin fikrincə, skumbriya və seld (şprots) kimi…

    Qəbizlikdən qurtulmağın çarəsi budur! Cəmi 1 dəfə istifadə bəs edir

    Qəbizlik xüsusilə lifsiz və çox bərk qidaların həddindən artıq istehlakı nəticəsində yaranan bir problemdir. Bu vəziyyətdən qurtulmaq üçün istifadə olunan dərmanlar bəzən istənilən effekti verməyə bilər. Qarın ağrısı ilə müşayiət…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik