Ukrayna rus ordusunu geri çəkilməyə MƏCBUR etdi – Müharibədə ŞOK GEDİŞ

0
image

“Konstantinovkada vəziyyət çox ağırdır. Şəhərə rus əsgərləri sızır və istisna etmirəm ki, hal-hazırda 500-800-ə yaxın rus əsgəri şəhərin ətrafında və kənar məhəllələrində yerləşdirilib. Ukrayna Baş Qərargahı hələ də əmr verməyib ki, bu qoşunlar şəhərdən çıxsın, müqavimət göstərilir və çalışırlar ora yeni qüvvələr yeritsinlər. Bu şəhər itirilsə, Kramatorsk-Slavyansk aqlomerasiyasının logistika yolları dəyişəcək və zərbə altına düşəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri “TV Musavat”ın canlı efirində hərbi ekspert Azad İsazadə qeyd edib. Onun sözlərinə görə, Rusiya ordusunun təchizatla bağlı ciddi problemləri mövcuddur və Ukraynanın arxa cəbhədəki hədəfləri vurması bu vəziyyəti daha da gərginləşdirir: “Rus ordusu onsuz da cəbhəyə yaxın zonalarda logistika problemlərini çoxdan hiss edir. İmkansızlıq ucbatından artıq atlardan, eşşəklərdən və adi mülki avtomobillərdən istifadə edirlər. Orta mənzilli zərbələr nəticəsində isə logistikanın kəsilməsi 100-150 kilometrə qədər uzanır. Bu isə sursat və canlı qüvvənin cəbhəyə çatdırılmasını mümkünsüz edir”.

Ekspert qeyd edib ki, arxa cəbhədə yaşanan bu çətinliklər Rusiya ordusunun döyüş qabiliyyətinə birbaşa təsir göstərir: “Hələ keçən ayın statistikasına görə, arxadan göndərilən 10 nəfər rezerv əsgərdən cəmi ikisi cəbhə zonasına çatır, səkkizi yolda yaralanır və ya öldürülür. Yəqin ki, bu tendensiya daha da güclənəcək və ümumiyyətlə logistika tam kəsilsə, rus ordusu məcbur olub geri çəkiləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir