00:00 · 05.07.2026
SON DƏQİQƏ
Təhsil

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

Son günlərin ən çox müzakirə olunan mövzularından biri tarix fənni üzrə keçirilən sertifikasiya imtahanıdır. İmtahandan sonra bəzi müəllimlər metodika üzrə sualların çətin və düşündürücü olduğunu bildirirlər. Onların sözlərinə görə, kurikulumla bağlı 3 sualda yanlışlıq var. Müəllimlər həmçinin bəzi metodika suallarının cavablarının rəsmi metodika dərsliyi əsasında izah edilməsini tələb edirlər. Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. Narazı qalan müəllimlər suallara aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Təhsil İnstitutundan rəsmi açıqlama gözlədiklərini bildirirlər.

Bəs müəllimlər etiraz etməkdə haqlıdırlarmı?

Redaktor.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, bu suallarla bağlı müraciətlər çoxdur:

“ARTİ-nin şərhi təxminən iyulun sonuna doğru, apellyasiya mərhələsi bitdikdən sonra olacaq”.

Aytəkin TOFİQQIZI

Saday

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir