00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Maraqlı

385 milyon illik kəhrəba elm dünyasını heyrətləndirdi

Qaynarinfo xəbər verir ki, toxumlu bitkilərin hələ meydana çıxmadığı Orta Devon dövrünə aid olduğu müəyyən edilən bu qətran qalıqları qədim ekosistemlərin sirrlərini üzə çıxarmağa kömək edə bilər.

Son elmi kəşflər təbiət tarixinin yenidən yazılmasına səbəb ola bilər. İndiyədək məlum olan ən qədim kəhrəba nümunələrinin təxminən 330 milyon il əvvələ – Gec Karbon dövrünə aid olduğu hesab edilirdi. Lakin Çinin şimal-qərbindəki kömür yataqlarında aşkar edilən mikroskopik parçalar bu tarixi təxminən 65 milyon il geriyə – Orta Devon dövrünə aparır.

Tədqiqatçılar “Hujiersite” geoloji formasiyasındakı kömürləşmiş qalıqları ultrabənövşəyi işıq altında araşdırarkən gözlənilməz parıltı müşahidə ediblər. Daha sonra paslanmayan polad iynələr vasitəsilə diqqətlə ayrılan hissəciklər infraqırmızı spektroskopiya və müxtəlif kimyəvi analizlərdən keçirilib.

Analizlərin nəticələri göstərib ki, bu hissəciklər sadə qətran qalıqları deyil, həqiqi kəhrəbadır. Əksəriyyətinin ölçüsü 0,5 millimetrdən kiçik olan bu nümunələr qədim Yer tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Adətən həşəratları və ya bitki toxumalarını özündə qoruyaraq qədim ekosistemlər haqqında məlumat verən kəhrəba bu dəfə alimlər qarşısında daha mürəkkəb suallar yaradıb. Toxumlu bitkilərin hələ formalaşmadığı bir dövrdə bu qətranın hansı canlılar tərəfindən ifraz edildiyi hələ də dəqiq məlum deyil.

Mövcud kimyəvi analizlər onun mənbəyinin iynəyarpaqlılara bənzər qədim bitkilər ola biləcəyini göstərir.

Alimlər hələlik dəqiq növ müəyyən edə bilməsələr də, iki əsas ehtimal üzərində dayanırlar. Bunlardan biri çiçəkli və iynəyarpaqlı bitkilərin əcdadları hesab edilən proqimnospermlər, digəri isə müasir plaunların nəhəng ağacabənzər əcdadları olan likopsidlərdir.

Tədqiqatçılar hesab edirlər ki, onurğalı heyvanların hələ quruya çıxmadığı həmin dövrdə bitkilər qətranı həşərat tutmaq üçün deyil, daha çox tez-tez baş verən meşə yanğınlarına və ya göbələk infeksiyalarına qarşı müdafiə vasitəsi kimi ifraz edirdilər.

“Science Advances” jurnalında dərc olunan araşdırma Yer üzündə hələ də kəşf edilməmiş çoxsaylı fosilləşmiş sirrlərin mövcud olduğunu bir daha nümayiş etdirir.