Xaçaturyan Aİ ilə bağlı sənədi İMZALADI

Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu imzalayıb.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Martın 26-da Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Layihə bu məqsədlə ölkə vətəndaşlarının 60 min imzasını toplayan bir sıra ictimai-siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb (Ermənistan Konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentdə baxılması üçün ən azı 50 min imza toplanmalıdır). /”Unikal”

  • Related Posts

    Ərdoğan Azərbaycana səfər edəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək. Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş səfər proqramında qeyd olunub. Həmçinin, Ərdoğanın 4-cü Hökumətlərarası…

    Britaniya Suriyanın dövlət qurumlarına qarşı bütün sanksiyaları ləğv etdi

    Böyük Britaniya Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib. Musavat.com xəbər verir ki, məlumatı Birləşmiş Krallığın Maliyyə Nazirliyi açıqlayıb. Bildirilir ki,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik