00:00 · 27.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulurAzərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandıGəncədə qazi 36 yaşında vəfat etdiPayızda gündə 100 avrodan az pulla dincələ biləcəyiniz 13 Avropa şəhəriGizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — AçıqlamaTürk dünyasının gönül eviNASA 1984-cü ildə kosmosa 3300 arı göndərib: Nə baş verdi?“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi“Həqiqət sağalmaz yaradır…” – Finladiyalı romançıdan sitatlar“Tezliklə Ermənistanda Qərbi Azərbaycan Respublikası qurulacaq”Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalırSəssiz epidemiya: Azərbaycanda xərçəng diaqnozu qoyulan on minlərlə qadın həkimə gec müraciət edirAzərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulurAzərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlandıGəncədə qazi 36 yaşında vəfat etdiPayızda gündə 100 avrodan az pulla dincələ biləcəyiniz 13 Avropa şəhəriGizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər — AçıqlamaTürk dünyasının gönül eviNASA 1984-cü ildə kosmosa 3300 arı göndərib: Nə baş verdi?“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi“Həqiqət sağalmaz yaradır…” – Finladiyalı romançıdan sitatlar“Tezliklə Ermənistanda Qərbi Azərbaycan Respublikası qurulacaq”Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var – Maraqlı hərrac… «MS OIL» qalırSəssiz epidemiya: Azərbaycanda xərçəng diaqnozu qoyulan on minlərlə qadın həkimə gec müraciət edir
Ədəbiyyat

“Həqiqət sağalmaz yaradır…” – Finladiyalı romançıdan sitatlar

Bu gün fin romançı Mika Toimi Valtarinin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Hətta elə bir zaman gəlsə belə ki, nə kasıb, nə də varlı olsun, yenə də həmişə ağıllılar və axmaqlar, hiyləgərlər və sadəlövhlər olacaq, çünki onlar həmişə olublar və olacaqlar da. Güclü insan zəiflərin boynuna ayaq qoyur; hiyləgər adam sadəlövhün pul kisəsini götürüb qaçır və səfehləri özü üçün işləməyə məcbur edir. İnsan əyri-üyrü işlər görən biridir və hətta onun fəziləti də qüsurludur. Yalnız bir daha heç vaxt ayağa qalxmamaq üçün uzanan kəs tamamilə xeyirxahdır.

***

Min kitab oxuyandan sonra insan məyusedici həqiqəti sezməyə başlayır. On min kitab isə onu kədərləndirir.

***

İnsan o qədər axmaqdır ki, o, keçmiş səhvlərindən heç nə öyrənmədən və sabahın bugünkündən daha yaxşı olacağını düşünərək həmişə gələcəyə ümid bağlayır.

***

Həqiqət iti bıçaqdır, həqiqət sağalmaz yaradır, həqiqət aşındırıcı turşudur. Məhz buna görə də gənclik və qüvvət günlərində insan həqiqətdən kef məclislərinə qaçır, özünü işlə və qızğın fəaliyyətlə, səyahətlər və əyləncələrlə, hakimiyyət və dağıntılarla kor edir. Lakin elə bir gün gəlir ki, həqiqət onu nizə tək deşib keçir və o, artıq düşünməkdən və ya əlləri ilə işləməkdən zövq duymur, əksinə, öz həmcinslərinin arasında tək-tənha qalır və tanrılar onun tənhağına heç bir təskinlik gətirə bilmirlər.

***

Bu gün səni ilk dəfə gördüm və səninlə danışdım.
Bu, zəlzələ kimi idi; içimdə nə varsa alt-üst oldu, ürəyimin qəbirləri açıldı və öz təbiətim mənə yadlaşdı.
Qırx yaşım var və inanırdım ki, həyatın payızına çatmışam.
Çox gəzmişdim, çox şey bilmişdim və bir çox həyatlar yaşamışdım. Rəbbim mənə müraciət etmiş, özünü bir çox cəhətdən büruzə vermişdi; mələklər mənə özlərini aşkar etmişdi, mən isə onlara inanmamışdım. Lakin səni görəndə başıma gələn möcüzəyə məcburən inandım.

***

Bəzən insanın xəyallarını əlindən almaqdansa, onu öldürmək daha mərhəmətli ola bilər.

***

Bir insanla digəri arasında heç bir fərq yoxdur, çünki hamı bu dünyaya çılpaq gəlir. İnsanı dərisinin rənginə, danışığına, geyiminə və zinət əşyalarına görə deyil, yalnız ürəyinə görə ölçmək olar. Yaxşı insan pis insanlardan üstündür, ədalət isə haqsızlıqdan yaxşıdır – bildiyim tək şey budur.

***

Hər kəs həyatın bədbəxtlikləri və uğursuzluqları qarşısında öz etiqadında təskinlik axtarır.

***

Və qəflətən qəlbimə elə böyük bir rahatlıq çökür. Əsəbilik əriyərək əzəmətli bir ucalıq hissəsinə çevrilir. Ağrı və sıxıntı yox olur. Hər bir insanın qabığından parıldayan axın kimi fışqıran o izaholunmaz, sirli fərdiyyəti görürəm. Onu maddənin əməllərinin, vərdişlərin, vəzifələrin, narazılığın, depressiyanın, qorxunun və nifrətin qabığı əhatə edir. Ancaq haradasa o, insan varlığının gizli dərinliklərindən qaynayıb çıxır. Və heyranedici, qeyri-adi bir anda insan həyatın böyük bütövlüyünü dərk edir. Belə keçici bir an bütün bir ömrün dəyərinə bərabərdir.

Rus dilindən tərcümə: Aydan Ağayeva