00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Siyasət

Pezeşkian: “İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır”

“İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə mövcud konfliktin diplomatik yolla aradan qaldırılmasında qərarlıdır. Çünki qarşıdurmanın uzanması heç bir tərəfin xeyrinə deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin prezidenti Məsud Pezeşkian açıqlama verib.

İran prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dövlət başçısı bildirib:

“İran müqavilələr çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalır. Lakin əfsuslar olsun ki, ABŞ tərəfi öz öhdəliklərini yerinə yetirməyib. Bütün bunlara rəğmən, biz razılaşma və qarşılıqlı anlaşma yolunu tutmaq niyyətindəyik. Müharibənin davam etməsi nə bizim, nə regionun, nə də bütövlükdə bəşəriyyətin maraqlarına xidmət edir”.

Pezeşkianın sözlərinə görə, ABŞ daxilində Tehran və Vaşinqton arasında gərginliyin daha da artmasında maraqlı olan və bundan öz mənfəətləri üçün istifadə edən qüvvələr mövcuddur. Bununla belə, İran əmindir ki, sülh istiqamətində addımlamaq, Yaxın Şərqdə təhlükəsizlik və sabitliyi gücləndirmək mütləqdir.