00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Siyasət

Makron üçün yolun sonu: İğtişaşlar böyüyür, istefası tələb olunur

Fransanın “Vətənpərvərlər” (“Les Patriotes”) partiyasının lideri və prezidentliyə namizəd Florian Filippo ölkə prezidenti Emmanuel Makronu kütləvi iğtişaşlarda günahlandıraraq onu dərhal istefa verməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Filippo mövcud böhrana hazırkı hökumətin yürütdüyü yalnış siyasətin səbəb olduğunu bildirib.

Siyasətçinin sözlərinə görə, hakimiyyət cəmiyyətə inteqrasiya oluna bilməyən və “Fransaya nifrət etməyə öyrədilən” kütləvi miqrant axınına onilliklər ərzində göz yumub.

Bütün ölkəni bürüyən nümayişlər zamanı etirazçılar inqilaba çağırış əks olunan plakatlar qaldırıb və “Makron, istefa ver!” şüarları səsləndiriblər.

Aksiya və iğtişaşlar fonunda təkcə Parisdə 850-dən çox insan saxlanılıb. Analoji əməliyyatlar zamanı Lionda 160, Lilldə 69, Limojda isə 17 nəfər həbs edilib.